Macarıstan Azərbaycanın Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Etimad Fondu layihəsinə 100 min avro məbləğində vəsait köçürüb. Bu barədə Macarıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
“Macarıstanhökumətinin qərarı ilə Ceyrançöl ərazisində partlamamış hərbi sursatların təmizlənməsi üçün Sülh Naminə Tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən Etimad Fondu layihəsinə 100 min avro məbləğində vəsait köçürülüb”, - deyə məlumatda bildirilir.
Vəsait aprelin 20-də NATO-nun Dəstək Agentliyinin hesabına köçürülüb.
“NATO qərargahında keçirilən Əməkdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Ceyrançöl lahiyəsinin üçüncü mərhələsinin aparıcı ölkəsi kimi Türkiyə və qəbul edən ölkə olaraq Azərbaycan Macarıstan hökumətinə minnətdarlıqlarını bildiriblər”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə