Azərbaycan Beynəlxalq Bankı (ABB) bu gün bankın baş ofisinin qarşısında intihar etmək istəyən şəxslə bağlı xəbərə aydınlıq gətirib.
Bu gün səhər vətəndaş Emil Əliyev özünü Beynəlxalq Bankın qarşısında yandırmaq istəyib. Hadisə yerinə polis əməkdaşları gəlib. E.Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.
“E.Əliyevin etirazı vaxtı ilə bankda sürücü işləmiş şəxslə bağlı olub.Belə ki, həmin şəxs E.Əliyevin etibarından sui-istifadə edərək ondan pul alıb və geri qaytarmayıb”, - deyə məlumatda qeyd edilir.
Vətəndaşlara qarşı bu cür dələduzluq əməlləri üzə çıxarılan sürücü ötən il işdən kənarlaşdırılıb. Eyni zamanda, bu əməllərinə hüquqi qiymət verilməsi üçün bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və o, hazırda həbsdədir. ”, - deyə ABB-dən bildirilib. **
R.Babayev