Ermənistan “OSA” zenit raket kompleksindən istifadə edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
„Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb“, - deyə məlumatda deyilir.
Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.
„İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib“, - deyə məlumatda qeyd olunur. **
F.İsazadə