Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 12 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 86 cinayət faktı qeydə alınıb, onların 30-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 95 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.*
R.Babayev