Bu gün İranın Azərbaycanla həmsərhəd rayonlarında 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 10:46:35-də İran ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentrinin dərinliyi 10 kilometrdir.
Yeraltı təkanların maqnitudası 3,7, İranın Azərbaycanın həmsərhəd rayonlarında 3 bal təşkil edib.
Zəlzələ nəticəsində heç bir dağıntı və fəsadlar qeydə alınmayıb. **
R.Babayev