2016-cı il ərzində Azərbaycan Afrika ölkələrindən 8,6 mln. dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal, 251 min dollar həcmində isə bu ölkələrə məhsul ixrac edib.Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov “Türkiyə-Afrika kənd təsərrüfatı nazirlərinin birinci iclası və biznes forum”da çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxal və ixrac edildiyi Afrika ölkələri arasında Cənubi Afrika Respublikası, Əlcəzair, Həbəşistan, Misir, Kenya, Qana, Madaqasqar və digərləri yer alır
Nazir H.Əsədov ölkədə əlverişli investisiya mühütinin formalaşdığını, aqrobiznes sektorunun böyük potensiala malik olduğunu bildirib və bu sahədə maraqlı olan iş adamlarını Azərbaycanda kənd təsərrüfatı sektoruna investisiya yatırımı etməyə dəvət edib. **
R.Babayev