Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün Moskvada keçirilən üçtərəfli görüşdə Dağlıq Qarabağa dair mövcud razılıqlara sadiq olduqlarını təsdiq ediblər və əlaqələrəi davam etdiməyi qərara alıblar. Bu barədə Rusiya XİN məlumat verir.
“Görüşdə Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlar prosesinin irəliləməsi perspektivlərinin müzakirəsi davam edib. 2016-cı il aprel və iyun aylarında Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılıqların icrasının zəruliliyi vurğulanıb”, - deyə nazirliyin saytında dərc olunan məlumatda deyilir.
Qeyd edilir ki, “nazirlər müzakirə olunan bütün məsələlərə dair əlaqələri davam etdirməyi qərara alıblar”. **