Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsini ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edib. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, bu barədə qərar komitənin bu gün keçirilən iclasında qəbul edilib.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi I oxunuşda müzakirə olunduqdan sonra ona 60-a yaxın texniki dəyişiklik edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası hesab edir ki, qanun qüvvəyə mindikdən sonra daşınar əmlakın girov qoyulması əsasında verilən kreditlərin sayı kəskin şəkildə artacaq.
Qanun layihəsinin hazırlanmasında Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ekspertləri də iştirak edib.*
A.Axundov