2016-cı ilin payızında lisezniyası ləğv olunan “Bank Standard" ASC-nin kreditlərinin 95%-i qeyri-işləkdir. Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bankın Kreditorlar Komitəsininilk iclasında deyib.
Onun sözlərinə görə, KPMG Beynəlxalq audit şirkəti bankın kredit portfelinin ilkin qiymətləndirilməsini başa çatdırıb.
“Ümumilikdə, bankda təminatsız kreditlər 442,9 mln. manatdır", - deyə A.Cavadov bildirib.
A.Cavadov xatırladıb ki, bankın əmanətçilərinin ümumi sayı təxminən 150 nəfər təşkil edir. Kreditorlar Komitəsinə 20 fikzi və hüquqi şəxs daxil olub. Onların arasında həm iri, həm də kiçik əmanətçilər var. İlk iclas zamanı üzlər sədr seçə bilməyiblər. Növbəti iclas bir həftədən sonra keçiriləcək.
Onun sözlərinə götə, əmanətçilərin müraciəti halında Komitə üzvlərinin sayı artırıla bilər.
A.Cavadovun sözlərinə görə, 2016-cı ildə ölkədə lisenziyaları oləğv olunan 11 bankın öhdəliklləri 3,2 mlrd. manat təşkil edib. Bu məbləğin 1,2 mlrd. manatı “Bank Standard"ın payına düşüb.
ADIF “Bank Standard"ın ləğvedicisi qismində çıxış edir. **
A.Axundov