Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin aprel ayında valyuta hərraclarında $220,8 mln. ümumi məbləğdə valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
«Aprel ayı ərzində ARDNF $220,8 mln. məbləğində valyuta satıb», - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ARDNF 2017-ci ilin mart ayında valyuta hərraclarında $250 mln. məbləğində valyuta satıb. Beləliklə, apreldə valyuta satışının həcmi mart ayı ilə müqayisədə 11,7% azalıb.
Yaqnvar-aprel aylarında ARDNF ümumilikdə $1 mlrd. 14,2 mln. ümumi məbləğində xarici valyuta satıb.
2016-cı ildə ARDNF ümumilikdə $4,9 mlrd. ümumi məbləğində xarici valyuta satıb, bu da 2015-ci ilin göstəricisindən 37,5% azdır. **
A.Əzizov