2017-ci ilin yanvar-aprel aylarında manat dollara qarşı 3,85% möhkəmlənib. Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatları əsasında “İnterfaks-Azərbaycan” agentliyi məlumat verib.
Bununla belə, aprel ayında manatın dollara qarşı məzənnəsi 1,27% möhkəmlənib (mart ayında manat dollara qarşı 1,32% möhkəmlənib).
Apreldə manatın dollara qarşı orta məzənnəsi cari ilin mart ayında 1,737 AZN/$1-ə qarşı 1,706 AZN/$1 təşkil edib.
Yanvar-aprel aylarında manat avroya qarşı 0,799%, həmçinin apreldə 0,478% ucuzlaşıb.
Xəbər verildiyi kimi, 2016-cı ildə manat dollara qarşı 13,6% ucuzlaşıb.**
A.Əzizov