Tariyel İsmayılov "AccessBank"ın İdarə Heyətinin yeni sədr müavini və baş biznes inzibatçısı (CBO) vəzifələrinə təyin olunub. Bu barədə bankın məlumatında deyilir.
T.İsmayılov daha əvvəl mikrokreditləşmə və kredit bək ofis üzrə icraçı direktor vəzifəsində çalışıb.
O, bankda fəaliyyətə 2003-cü ildə mikrokreditləşmə üzrə mütəxəssis vəzifəsində başlayıb.
Bank sahəsində böyük təcrübəyə malik olan T.İsmayılov, həmçinin Azərbaycan Banklar Assosiasiyasının “Kredit işi və Risk üzrə” ekspert qrupunun sədridir.*
A.Axundov