Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin təmsilçisinin Costa Blanca Fashion Week-də iştirakının qarşısı alınıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
“Mayın 5-dən 15-dəkİspaniyada keçiriləcək Costa Blanca Fashion Week-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yaradılan qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb”, - deyə H.Hacıyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edib.
"Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və ermənilərin növbəti təxribatının qarşısı alınıb", - deyə XİN rəsmisi qeyd edib.*
F.İsazadə