Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən növbəti depozit hərracında 150 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank mayın 1-də növbəti depozit hərracı keçirib. Hərracda təklif 274,9 mln. manat təşkil etsə də, AMB 150 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 12,98% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
A.Əzizov