Bu gün Milli Məclisin plenar iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi müzakirə edilib. Layihə II və III oxunuşda səsə qoyularaq qəbul edilib.
Xəbər verildiyi kimi, qanunvericilik öncə də daşınar əmlakı girov qoymaqla kredit ayırmağa imkan verirdi. Lakin bu kreditin həcmi daşınar əmlakın yüklülüyünə dair vahid məlumat bazası olmadığına görə kiçik idi.
Maliyyə Bazarlarına Nəzarət Palatası hesab edir ki, qanun qüvvəyə mindikdən sonra daşınar əmlakın girov qoyulması əsasında verilən kreditlərin sayı kəskin şəkildə artacaq.
Qanun layihəsinin hazırlanmasında Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ekspertləri də iştirak edib.**
A.Axundov