Prezident İlham Əliyev Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə bu ölkənin Milli Assambleyasının sədri Mohamed Əli Humədə minnətdarlığını bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İlham Əliyev mayın 2-də Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə minnətdarlığını bildirən dövlət başçısı artıq dünyanın 10-dan çox ölkəsinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb.
İqtisadi əməkdaşlığa toxunan prezident İ.Əliyev son vaxtlar bu istiqamətdə mühüm addımların atıldığını, ölkələrimiz arasında hava nəqliyyatının yaradılmasının qarşılıqlı ticarətə müsbət təsir göstərdiyini deyib.*
A.Əzizov