İqtisadiyyat Nazirliyi "SİAL CHİNA" beynəlxalq ərzaq sərgisində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir. Bu barədə nazirliyin məlumatında deyilir.
Sərgi 2018-ci ilin may ayında Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək.
Azərbaycan sərgidə vahid stendlə təmsil olunacaq. Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 50 şirkətdir.
Sənədlər 29 dekabr 2017-ci il tarixinədək təqdim olunmalıdır.*
A.Axundov