“AGBank”ın Müşahidə Şurasının sədri və əsas səhmdarı Çingiz Əsədullayev nizamnamə kapitalında payını 31,68%-dən 33,57%-dək artırıb.
Bankın saytında verilən məlumata görə, minoritar səhmdarların sayının azalması ilə əlaqədar səhmdarların sayı 85-dən 83-ə enib.
Digər majoritar səhmdarların kapitalda payı dəyişilməz olaraq qalıb. Belə ki, Qriqori Marçenko 8,3%, Fərzulla Yusifov 5,79%, Beynəlxalq Maliyyə Korporasiyası 4,28%, “Kazimir Partners” 2,45%-lik paya malikdirlər.
Qalan 78 səhmdarın payı 45,61% təşkil edir.*
A.Əzizov