28 aprel 2017-ci il tarixinə Azərbaycanda pul bazasının həcmi 7 mlrd. 628,1 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il dekabrın 31-nə pul bazasının həcmi 7 mlrd. 860,5 mln. manat təşkil edib. Beləliklə, bu ilin yanvar-aprel aylarında pul bazası 3% azalıb.
Aprel ayında pul bazası 4,8% və ya 350,6 mln. manat artıb.
2016-cı ildə Azərbaycanda pul bazası 13,9% artıb.**
A.Əzizov