Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası işə başlayıb. Bu barədə “AzərTAc” agentliyi məlumat verib.
İclasda Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi Dik Şubel çıxışında Azərbaycan prezidenti İlham Əliyevin cari ilin fevral ayında Brüsselə səfərini Avropa İttifaqı-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
O, Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu vurğulayaraq yeni müqavilə üzrə danışıqların tezliklə uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.
Avropa Komissiyasının rəsmisi Lourens Meredits öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialın olduğuna diqqət çəkib. O, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları müsbət qiymətləndirib.
O, həmçinin tərəflər arasında işgüzar dairələrin qarşılıqlı təmaslarının intensivləşdirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Азербайджан на мероприятии представляли сопредседатель КПС Джаваншир Фейзиев, замминистра иностранных дел Махмуд Мамедгулиев, глава департамента Министерства экономики Руслан Рустамли.
Tədbirdə Azərbaycan nümayəndə heyətini Komitənin həmsədri Cavanşir Feyziyev, İqtisadiyyat Nazirliyinin departament rəhbəri Ruslan Rüstəmli, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edirlər.
İclasda M.Məmmədquliyev “Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli müqavilə: məqsədlər və imkanlar” mövzusunda, R.Rüstəmli isə “Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq” mövzusunda məruzələrlə çıxış ediblər.
İiclasda 12 məsələ ətrafında geniş müzakirələr olub. Həmçinin Avropa İttifaqı və Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq üzrə müqavilə ilə bağlı danışıqlar prosesinə dair fikir mübadiləsi aparılıb. **
F.İsazadə