Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 119 cinayət faktı qeydə alınıb, onların 30-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 59 nəfər tutulub.
Bundan başqa, axtarışda olan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.*
F.İsazadə