Mayın 31-dən iyunun 3-dək Bakıda VII Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2017” sərgisi keçiriləcək. Bu barədə “ITE Group” şirkəti ilə tədbirin təşkilatçısı qismində çəıxış edən “Iteca Caspian” şirkətindən bildirilib.
“Ənənəvi olaraq “Caspian Power” sərgisi Xəzəryanı regionun neft-qaz sənayesi üzrə nəhəng tədbiri olan Beynəlxalq Xəzər Neft və Qaz, “Caspian Oil&Gas” sərgisi ilə eyni platformada keçiriləcək. Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Türkiyə və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var”, - deyə məlumatda deyilir.
Sərginin ekspozisiyası çərçivəsində su və istilik elektroenergetikası, atom energetikası, eləcə də nəzarət, ölçmə, idarəetmə və avtomatik nizamlama cihazları, habelə sənaye və kommunal-məişət energetikası, enerjiyə qənaət edən texnologiyalar, radio-tezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və sair təqdim olunacaq. **
N.Abbasova