Azərbaycanın hüquq-mühafizə orqanları Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında təhlükəsizliyi təmin edəcək. Bu sözləri respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib.
"Azərbaycan prezidenti İlham Əliyev bu ili "İslam Həmrəyliyi İli" elan edib və bunun çərçivəsində ölkəmizdə yarışlar keçiriləcək. Əlbəttə, tədbirin təhlükəsizliyi təmin ediləcək", - deyə o, bu gün jurnalistlərlə söhbət zamanı vurğulayıb və IV İslam Həmrəyliyi Oyunlarını "çox mühüm hadisə" adlandırıb.
DTX rəisinin sözlərinə görə, Azərbaycan vətəndaşları təhlükəsizlik və sabitlik şəraitində yaşayırlar. "Hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti firavanlığın təmin edilməsi üçün lazım olan hər şeyi edir", - deyə M.Quliyev vurğulayıb.*
R.Babayev