“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2017-ci ilin yanvar-aprel aylarında 7 mlrd. 897 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
2016-cı ilin yanvar-aprel aylarında “Azərenerji” 7 mlrd. 570 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Beləliklə, 2017-ci ilin yanvar-aprel aylarında artım 4,3% səviyyəsində olub.
Apreldə ”Azərenerji” 1,769 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
“Ümumilikdə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 7,930 mlrd. kVt/saat, o cümlədən martda 1,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub”, - deyə məlumatda qeyd edilir.
Ötən il “Azərenerji” 22,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.**
N.Abbasova