Norveçin Azərbaycandakı səfirliyi 4-5 may tarixlərində bağlı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə səfirlikdən məlumat verilib.
“Səfirlik heyətinin daxili seminarı ilə əlaqədar diplomatik missiya mayın 4-də saat 12:00-dan və mayın 5-də bütün günü bağlı qalacaq”, - deyə məlumatda bildirilir.*
F.İsazadə