Dünyanın bir çox başqa regionları ilə müqayisədə Azərbaycanda ruslar özlərini daha sərbəst hiss edirlər. Rusiyalı ictimai xadim və politoloq Aleksandr Duqin belə hesab edir.
«Azərbaycanda yaşadığı ölkəyə çox loyal münasibətdə olan, iri, kompakt, güclü və özünü dərk edən rus diasporu var”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan Rus İcması Cənubi Qafqazda ən iri icmadır. "O, Cənubi Qafqazda ən böyük icmadır. Bu da təəccüb doğurur. Rus diasporunun hansı səbəbdən Azərbaycanda müsbət və sevindirici istisna təşkil etməsi hələ də izah tələb edir. Hələ ki, hazır cavabım yoxdur. Amma dünyanın bir çox başqa regionları ilə müqayisədə Azərbaycanda rusların vəziyyəti xeyli yaxşıdır", - deyə ekspert vurğulayıb.
A.Duqin Azərbaycanın rus əhalisinin vəziyyətini istisna adlandırıb. "Əlbəttə, bunun istisna olduğunu açıq şəkildə deyə bilərəm. Çünki əksər dövlətlərdə rus diasporları təəssüf ki, çox zəifdir, dağınıq haldadır və həmrəy deyil", - deyə politoloq qeyd edib.*
R.Babayev