Cəlilabad rayonu ərazisində mikroavtobusun yanması nəticəsində 10 nəfər xəsarət alıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
“Mikroavtobusun yanması nəticəsində 9-u qadın, 1-i isə 11 yaşlı qız olmaqla 10 nəfər xəsarət alıb. Onlar ağır dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər”, - deyə məlumatda bildirilir.
Hazırda hadisənin səbəbləri araşdırılır.*
R.Babayev