"Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakıdan Dubaya və əks istiqamətə olan uçuşlara yeni aksiya barədə elan edir.
“Hər bir böyük sərnişin Bakı-Dubay-Bakı istiqamətində 2017-ci il mayın 25-dən iyunun 25-dək olan uçuşlara aviabilet aldıqda 12 yaşınadək uşaq üçün 90% endirimlə aviabilet əldə edə bilər”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Dubaya axşam reyslərinə mayın 9-dan iyunun 25-dək olan uçuşlara böyük sərnişin üçün aviabiletin ümumi qiyməti cəmi 199 avro təşkil edəcək.
Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti
yeməklərin tam çeşidi daxildir.*
N.Abbasova