İndiyədək Azərbaycanın Lənkəran iqtisadi rayonunda Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkil kredit təşkilatları vasitəsilə sahibkarlara 118,7 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Cari ilin əvvəlindən fondun vəsaiti hesabına 3,1 minə yaxın investisiya layihəsi maliyyələşdirilib.
Bu gün SKMF Astara rayonunda sahibkarlığa dövlət dəstəyi üzrə tədbir təşkil edib.
“Tədbir çərçivəsində Lənkəran iqtisadi rayonunbda fəaliyyət göstərən sahibkarlıq subyektləri 177 mln. manat ümumi məbləğdə güzəştli kredit əldə edib. Vəsait heyvandarlıq, əkinçilik, arıçılıq və çayçılıq sahələrinin inkişafına yönəldiləcək”, - deyə məlumatda deyilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsi ilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğ 150 mln. manat təşkil edəcək.**
N.Abbasova