Azərbaycan Mərkəzi Bankı 2016-cı ildə müxtəlif xarici agentliklərin notlarının alışına investisiyaları 3,6 dəfə - 2 mlrd. 142,167 mln. manatadək artırıb. Bu barədə bankın illik maliyyə hesabatında deyilir.
Hesabata əsasən, 1 yanvar 2017-ci il tarixinə bankın ticari qiymətli kağızlara sərmayələri 4 mlrd. 212,232 mln. manat ümumi məbləğdə qiymətləndirilir (2016-cı il ərzində artım 50,3%).
Bununla belə, 222,522 mln. manat beynəlxalq maliyyə institutları tərəfindən buraxılan (azalma 2,9 dəfə), 434,022 mln. manat dövlət istiqrazlarının (artım 6,8 dəfə) payına düşür.
2017-ci ilin əvvəlinə ABŞ XəzinədarlıqDepartamentinin notlarına AMB-nin sərmayələri 450,673 mln. manat (azalma 44,2%), Böyük Britaniyanın Xəzinədarlığının notlarına - 44, 395 mln. manat təşkil edib (azalma 2,4 dəfə).
2016-cı ildə AMB korporativ istiqrazlara sərmayələr portfelini 2,1 dəfə - 579,873 mln. manatadək, bələdiyyə istiqarazlarına - 11,7% - 338,58 mln. manatadək artırıb. **
A.Əzizov