Bakının təşəbbüskarı olduğu infrastruktur və nəqliyyat layihələri regiona inkişaf və iqtisadi rifah gətirəcək. Bu barədə Azərbaycan prezidentiİlham Əliyev bəyan edib.
“Bir çox ölkələr həmin layihələrin reallaşdırılması sayəsində tərəfdaşlarımız oldu. Biz bir-birimizdən asılı vəziyyətdə olacağıq”, - deyə İ.Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, “Şimal-Cənub” nəqliyyat dəhlizi artıq gəlir gətirməyə başlayıb.
“Azərbaycanın iştirakı ilə qlobal enerji layihələri, həmçinin “Cənub Qaz Dəhlizi” reallaşdırılır. Bu layihənin ümumi büdcəsi $40 mlrd.-i ötür və birinci mərhələsi artıq həyata keçirilir”, - deyə prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına fəal töhfə verir. “Enerji təhlükəsizliyi məsələsi çox vacibdir və səylərin birləşdirilməsi ilə əlaqədardır. Bu layihələrin icrası bizim mədəniyyətlərarası dialoqa hazırlığımızı nümayiş edir”, - deyə o bildirib. **
R.Babayev