Xarici işlər naziri Elmar Məmmədyarov dünyada dini dözümsüzlük tendensiyalarının artmasından narahatlıq ifadə edib.
“Populizm istənilən nöqteyi-nəzər və mövqelərə qarşı istifadə olunmamalıdır”, - deyə E.Məmmədyarov bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, terrorçuluqla müharibə din və mədəniyyətlərlə mübarizəyə aid olmamalıdır.
“Azərbaycan real həyatda terrorçuluğun nə olduğunu bilir. Biz bir sıra terror hücumlarından zərər görmüşük”, - deyə o vurğulayıb.
“Biz multilulturalizm və tolerantlıq məsələlərinə böyük diqqət ayırırıq. İnanırıq ki, Bakı Bəyannaməsinə ekstremizm və islamofobiya ilə mübarizə istiqamətində zəruri addmlar daxildir”, - deyə nazir qeyd edib. **
R.Babayev