SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 26 yaşayış məntəqəsinə təbii qaz verilib. Bu barədə SOCAR-dan məlumat verilib.
”Hesabat dövründə İB tərəfindən 946,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 60,3 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Oğuz, Ucar, Quba, Qusar, İmişli, Saatlı, Sabirabad və Masallı rayonları üzrə 26 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”, - deyə məlumatda deyilir.
Qazlaşdırılma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2016-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
Xəbər verildiyi kimi, 2016-cı ildə “Azəriqaz” 209 yaşayış məntəqəsinə təbii qaz verib. **
N.Abbasova