Estoniya kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Bu barədə Estoniyanın kənd işləri naziri Tarmo Tamm Azərbaycanın bu ölkədəki səfiri Murad Nəcəfbəyli ilə görüşü zamanı bəyan edib.
“Süd istehsalında Avropada ikinci yeri tutan Estoniya, bu sahədə öz təcrübə, texnologiya və istehsalın prosesi ilə Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır”, - deyə səfirlikdən verilən məlumata görə, T.Tamm bildirib.
T.Tammın sözlərinə görə, Estoniya kənd təsərrüfatı ərzaqlarının sertifikasiyası ilə də məşğuldur və bu sahədə də Azərbaycan ərzaqlarının Avropa bazarlara daha sərbəst çıxmağa köməklik göstərməyə hazırdır.
M.Nəcəfbəyli öz növbəsində ölkəmizin Estoniya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraqlı olduğunu qeyd edərək, Azərbaycan ərzaqlarının Estoniyaya ixracı üçün böyük imkanların olduğunu bildirib. **
A.Axundov