Vergilər Nazirliyi 2017-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 2 mlrd. 256,748 mln. manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi 2016-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 2 mlrd. 204 mln. 972,7 min manat məbləğində vergi və rüsum köçürüb. Beləliklə, 2017-ci ilin 4 ayı ərzində müvafiq dövründə köçürmələrin həcmi 2,3% artıb.
"Vergi orqanları cari ilin yanvar-aprel aylarında dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə planı artıqlaması ilə yerinə yetirib. Köçürmələrin faktiki həcmi 2 mlrd. 256,748 mln. manat təşkil edib (plan tapşırığı 106,3% yerinə yetirilib)", - deyə məlumatda qeyd edilir.
2017-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə plan 7 mlrd. 510 mln. manat təşkil edir.**
A.Əzizov