Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 736 mln. 807,97 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
2017-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 501 mln. 839,08 min manat, aksizlər üzrə 21 mln. 106,48 min manat, yol vergisi üzrə 9 mln. 917,92 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 147 mln. 311,85 min manat məbləğində olub.
2017-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 mırd. 200 mln. manat həcmində proqnozlaşdırılır.*
N.Abbasova