2017-ci ilin yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2 mlrd. 622 mln. 7,228 min manat təşkil edib, bu ötən ilin analoji dövrünün göstəricisindən 2,6 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilir.
Yanvar-aprel aylarında BFB-də əqdlərin ümumi həcmində 1 mlrd. 276 mln. 225,41 min manat törəmə alətlər bazarının (artım 1,6 dəfə - İF-Az), bunun 1 mlrd. 195 mln. 712,035 min manatı valyuta, 80 mln. 513,376 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.
Ümumi dövriyyədən 504 mln. 686,082 min manat (artım 2,6 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 223 mln. 802,072 min manat olub. İlkin bazarda istiqrazların yerləşdirilməsinin həcmi 208 mln. 132,023 min manat, təkrar bazarda 15 mln. 670,049 min manat təşkil edib.
Hesabat dövründə ilkin bazarda AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 280 mln. 884,009 min manat təşkil edib.
Yanvar-aprel aylarında BFB-nin ümumi dövriyyəsində 600 mln. 573,034 min manat pay baarının payına düşüb. 2016-cı ilin analoji dövründə bu göstərici 5 mln. 904,405 min manat olub. Bunun 600 mln. manatı ilkin bazarda, 573,034 min manatı təkrar bazarda səhm yerləşdiriliməsinin payına düşüb.
Yanvar-aprel aylarında əqdlərin ümumi həcmində 229 mln. 955,89 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (artım 7,7 dəfə). Bununla belə, ilkin bazarda Azərbaycan İpoteka Fondunun 20 mln. 312,439 min manatlıq 75 mln. 122,55 min manatlıq, təkrar bazarda 67 mln. 827,535 min manatlıq istiqrazı yerləşdirilib. Bu aylarda təkrar bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 87 mln. 5,805 min manat təşkil edib.
Bu dövrdə BFB-nin ümumi dövriyyəsində 10 mln. 566,809 min manat repo əməliyyatlarının payına düşüb. **
N.Abbasova