Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 200 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank mayın 8-də hərracda 14 gün müddətinə 200 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 504,7 mln. manat təşkil edib. Orta ölçülmüş faiz dərəcəsi 12,7% olub”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.**
N.Abbasova