1 aprel 2017-ci il tarixinə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 15 mlrd. 78,9 mln. manat həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il dekabrın 31-nə bankların Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 15 mlrd. 971,2 mln. manat təşkil edib. Beləliklə, 2017-ci ilin yanvar-mart aylarında kredit qoyuluşlarının həcmi 5,6% azalıb.
Cari ilin mart ayında banklar kredit qoyuluşlarının həcmini 345,3 mln. manat və ya 2,3% azaldıb.
2016-cı ildə banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşları 24,5% azalıb.**
A.Əzizov