“BP-Azerbaijan” şirkəti 2017-ci ilin birinci rübündə “Şahdəniz” yatağından 2,4 mlrd. kubmetr qaz hasil edib, bu isə 2016-cı ilin analoji dövrünün göstəricisindən 11,1% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
“Həmçinin hesabat dövrü ərzində “Şahdəniz” yatağından 0,6 mln. ton kondensat hasil edilib Yatağda möcvud hasilat sisteminin maksimal gücü sutkalıq 30 mln. kubmetr qaz və ya illik 10,9 mlrd. kubmetr qaz təşkil edir”, - deyə şirkətdən qeyd edilib.
2017-ci ilin birinci rübündə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $948 mln. təşkil edib (azalma 9,2%), bunun $113 mln.–ı - istismar xərcləri, $835 mln.-ı - əsaslı xərclər təşkil edib. Bununla belə, əsaslı xərclərin ümumi həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi üzrə işlərə yönəldilib.
2017-ci ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri mağıstralı (CQBK və ya Bakı-Tiflis-Ərzurum – İF) sutkada nəql orta hesabla 21,4 mln. kubmetr qaz təşkil edib. Bu dövrdə CQBK-nin xidmətinə istismar xərclər $6 mln., əsaslı xərcləri - $171 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə “Şahdəniz” yatağından 10,7 mlrd. kubmetr qaz, 2,5 mln. ton kondensat hasil edilib. **
N.Abbasova