Azərbaycan və Gürcüstan bir sıra sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarına malikdir. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
“Görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılıb, nəqliyyat, tranzit, sənaye, turizm, İKT və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib”, - deyə məlumatda bildirilir.*
A.Axundov