2017-ci ilin I rübündə Azərbaycanda əhalinin bank əmanətləri 8,4% - 5 mlrd. 431 mln. manatadək (əhalinin bütün əmanətlərinin 78,6%-i) azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 79,6% təşkil edib.
Cari ilin yanvar-mart aylarında əhalinin bank əmanətləri 7,2% – 6 mlrd. 911,4 mln. manatadək azalıb.
AMB-nin məlumatına görə, qeyd olunan dövrdə milli valyutada əmanətlərin həcmi 2,4% - 1 mlrd. 480,5 mln. manatadək (bütün əmanətlərin 21,4%-i) azalıb.
2017-ci il aprelin 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 33,8 mln. manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi 877,6 mln. manat təşkil edir. I rübdə rezidentlərin əmanətləri 6,9%, qeyri-rezidentlərin əmanətləri 9,2% azalıb.
Aprelin 1-nə Azərbaycanda əmanət və depozitlərin həcmi 21 mlrd. 295,9 mln. manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 3,6% azdır.*
A.Axundov