2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $1 mlrd. 960 mln. gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-aprel aylarında ARDNF AÇG yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $1 mlrd. 493 mln. gəlir əldə edib. Beləliklə, 2017-ci ilin hesabat dövrü ərzində bu daxilolmaların həcmi 31,3% artıb.
“Ümumilikdə 2001-ci ildən 2017-ci il mayın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından $124 mlrd. 69 mln. vəsait daxil olub”, - deyə Fonddan bildiriblər.
2016-cı ildə ARDNF-in “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından əldə etdiyi gəlirlər $5,1 mlrd. təşkil edib. **
N.Abbasova