Bu gün səhər saat 07:24 radələrində Azərbaycan ərazisində 4,3 bal gücündə zəlzələ olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Azərrbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 39 km. Dərinlikdə olub", - deyə məlumatda bildirilir.
Zəlzələ Saatlı rayonu ərazisində 39 km. dərinlikdə qeydə alınıb.
“Dağıntı və tələfat barədə məlumat yoxdur”, - deyə nazirlik qeyd edib. **
A.Əziziov