Mayın 11-də prezident İlham Əliyev paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov prezidentə Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.
İ.Əliyev, həmçinin Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, uzunluğu 8 kilometr olan dördzolaqlı yolun yenidənqurmadan sonra eni 18 metrə çatdırılıb.*
F.İsazadə