Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirləri üçtərəfli formatda əməkdaşlığa dair memorandum imzalamağı planlaşdırırlar.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu gün verilən məlumata görə, bu məsələ Gürcüstanın müdafiə naziri Levan İzoriyanın İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF) türkiyəli həmkarı Fikri İşıkla görüşündə müzakirə edilib.
L.İzoriya görüşdən sonra bildirib ki, 10 gündən sonra Batumidə Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək. “Biz üçtərəfli əməkdaşlıq formatını müzakirə edəcəyik. Hərbi əməkdaşlığımızın keyfiyyətinin yüksəldilməsinə yönəlmiş memorandum imzalanacaq”, - deyə o vurğulayıb.*