Dünya Bankı (DB) 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1,4% azalacağını proqnozlaşdırır. Bu barədə bankın Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə may icmalında (ECA Economic Update) deyilir.
Daha əvvəl DB cari il üçün respublikada ÜDM artımını 1,2% səviyyəsində proqnozlaşdırmışdı.
Bankın qiymətləndirmələrinə görə, gələn il Azərbaycanda iqtisadi artım 0,6% (əvvəlki proqnoz – 2,3%) təşkil edəcək.
DB-nin proqnozlarına əsasən 2019-cu ildə ÜDM 1,3% (əvvəlki proqnoz – 2,3%) artacaq.
Azərbaycan hökuməti 2017-ci il üçün ölkədə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır.*
2016-cı ildə Azərbaycanda ÜDM 3,8% azalıb.
A.Axundov