2017-ci il aprelin 1-nə Azərbaycanda banklar tərəfindən 2,472 min ədəd bankomat quraşdırılıb ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 0,7 % çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Aprelin 1-nə Bakıda 1,34 min ədəd (artım 1,4%), regionlarda 1,132 min ədəd bankomat (dəyişməyib) quraşdırılıb.
AMB-nin məlumatına görə, yanvar-mart aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə aprel ayının əvvəlinə onların sayı 70,795 min ədəd (azalma 1,4%) təşkil edib. Bununla yanaşı, Bakıda 39,835 min ədəd (azalma 1,7%), regionlarda 30,960 min ədəd (azalma 1,1%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 69,999 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,8%-i quraşdırılıb. **
N.Abbasova