Dünya Bankı (DB) 2017-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 7,8% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə may icmalında (ECA Economic Update) deyilir.
DB 2018-ci ildə respublikada orta illik inflyasiyanı 4,2%, 2019-cu ildə 3,8% səviyyəsində proqnozlaşdırır.
«Ortamüddətli perspektivdə bazarda məhdud likvidliklə əlaqədar inflyasiya azalacaq və illik 5% səviyyəsində olacaq», - deyə hesabatda qeyd olunur.
Azərbaycan hökuməti cari ildə orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə respublikada inflyasiya 12,6% təşkil edib.*
A.Axundov