2018-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin konfransı keçiriləcək. Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
«Gələn il Azərbaycanda İƏT ölkələrinin gənclər və idman nazirlərinin konfransı keçiriləcək», - deyə nazir Bakıda İƏT Modeli Gənc Liderlər Zirvəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan İƏT-lə milli və beynəlxalq səviyyədə müsəlman gənclərinin intellektual inkişafına yönəlmiş əməkdaşlığa xüsusi önəm verir.*
F.İsazadə